AMEA Zoologiya İnstitutunun mütəxəssisləri və bir qrup gənc alimi Ağsu rayon Təcrübə Dayaq Məntəqəsində ekspedisiyada olub.
Bu barədə institutdan Mia.az-a verilən məlumata görə, ərazi ilə tanışlıq və stasionar ərazilərin seçilməsi məqsədi daşıyan ekspedisiya zamanı 2 ha sahədə kartof, 4 ha sahədə isə fındıq kolu əkilib.
Məlumatda bildirilib ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev fındıq kollarının təmənnasız əldə olunmasına yardımçı olub.