AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 Dissertasiya Şurasının tərkibi təsdiq edilib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərovanın Mia.az-a verdiyi məlumata görə, bu gün Dissertasiya Şurasının ilk iclası keçirilib.
İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yaranmış dissertasiya şurasının tərkibini təqdim edib və şurada olan sənədlərlə şura üzvlərini məlumatlandırıb.
Sonra Nargül Qurbanova və Nazilə Muradovanın dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələsinə baxılıb və təsdiq edilib.
Mia.az