"Sərnişin avtobuslarından çox, Bakı şəhərində kifayət qədər digər avtomobillər var". 

Bunu SalamNews-a Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov qeyd edib ki, yollarda müəyyən işlər görülür, genişləndirmələr aparılır: "Amma problemlər yenə də var. Avtobus sürücülərinə qarşı tələbkar olmaq lazımdır. Onlara kateqoriyalarına uyğun nəqliyyat vasitəsi verilməlidir. Bəzən avtobusları kateqoriyası olmayan sürücülər idarə edir. Bu yaxınlarda Sumqayıtda avtobus idarə edən əlil sürücü tutulub. Hər bir sürücü öz işində diqqətli olmalıdır. Çünki onlarla insanın həyatı ona əmanət olur. Fikrimcə avtobus sürücülərinə qarşı diqqəti artırmaq lazımdır”.