Mingəçevir Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Nisə Rzayeva vəfat edib. 

Teatrın direktoru Səxavət Məmmədovun APA-ya verdiyi məlumata görə, Nisə Rzayeva martın 8-də 80 yaşında dünyasını dəyişib. 
 
Aktrisa ilə Mingəçevir Dövlət Dram Teatrında vida mərasimi keçirildikdən sonra o, şəhər qəbiristanlığında torpağa tapşırılıb.