"Azercell Telekom” MMC abunəçilərinə müraciət edib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 9-də təkmilləşdirmə işləri aparılacaq:
"Bununla əlaqədar martın 9-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür”.