Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 9-da səhər bəzi yerlərdə zəif duman olacaq.
 
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.  Havanın temperaturunun gecə 3-6° isti,  gündüz 10-15° isti, Bakıda gecə 4-6° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət  gecə 75-85 %, gündüz 55-65 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, martın 9-da hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.