Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İmişlidə İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın və Xocavənd rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazilrikdən verilən məlumata görə, qəbul martın 10-u, saat 14:00-da keçiriləcək.
Vətəndaşlardan "[email protected]” elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.