Bu gün Tacikistan Respublikasının səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovu qəbul edib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanan görüşdə ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın müxtəlif spektirləri müzakirə olunub.

Tacikistanın səhiyyə və əhalinin sosial müdafiəsi naziri Azərbaycanın son illərdə tibb sahəsinddə əldə etdiyi uğurlar, prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqətin nəticəsində yeni xəstəxana və diaqnostika mərkəzlərinin tikildiyi, həmin tibb ocaqlarının ən yeni tibbi avadanlıqlarla təchiz olunduğu, H.Əliyev Fondunun və şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən işlər barədə ətraflı məlumata malik olduqlarını bildirərək Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırmış, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əldə etdiyi təcrübənin öyrənilməsinə Tacikistan tərəfinin xüsusi əhəmiyyət verdiyi qeyd olunan görüşdə prezident Emomali Rahmonun ölkənin bir çox aparıcı sahələrinin mütəxəssislərinə məhz Azərbaycanın təcrübəsindən yararlanmağı tövsiyyə etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın dost Tacikistanla bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulan səfir Abbasəli Həsənov ölkəmizin səhiyyə və əhalinin sosial müfafəisi sahəsində əldə etdiyi nailiyyətlər barədə görüş iştirakçılarına ətraflı məlumat verərək, Tacikistan tərəfinin maraq göstərdiyi sahələrdə - kardiologiya, onkologiya, oftalmologiya, neyrocərrahlıq, farmakologiya, əhalinin sosial reabilitasiyası və əhalinin əmək pensiyasının hesablanması sahəsində əldə edilmiş təcrübələrin bölüşdürülməsinin hər iki xalqın mənafeyinə xidmət edəcəyi vurğulanıb.

Qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunan görüşdə Tacikistan tərəfi Azərbaycanda səhiyyə və əhalinin sosial müdafiəsi ilə əlaqədar keçirilən müxtəlif konfrans, simpozium və elmi-praktiki tədbirlərdə iştirak etməkdə maraqlı olduqlarını, bununla əlaqədar müvafiq qurumlar arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyi qeyd edib.

Görüşdə hər iki tərəf ölkələrimiz arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində imzalanmış müqavilələrə əsasən əməkdaşlığı davam etdirmək və mümkün olan geniş imkanlardan faydalanmaq məqsədilə daimi əlaqədə saxlanılmasının vacibliyi qeyd olunub.