"2014-2016-cı illərdə rəhbərlik etdiyiniz və ya əməkdaşı olduğunuz informasiya saytlarında vətəndaş Qabulov Polad Həsən oğlu barəsində müxtəlif  başlıqlarla həqiqətə uyğun olmayan məqalələr dərc edilmiş, bəzi resurslarda isə hətta fotoşəkilləri dərc edilməklə onun müxtəlif cinayətlər törətməsi barədə əsassız olaraq yazılar qeyd edilmişdir".

Bu sözləri Mia.az da daxil olmaqla, bır sıra saytlara ünvanladığı məktubunda Polaq Qabulovun vəkili, Vəkillər Kollegiyasının üzvü Elmir Hüseynov bildirib.

Onun saytın poçtuna göndərdiyi məktubda o da bildirilib ki, Qabulov Polad Həsən oğlu barəsində yazılan məqalələrin heç biri həqiqətə uyğun deyil, onunla "Altes Qrup” şirkətinin digər təsisçiləri və rəhbərliyi arasında zidiyyətlər olmamışdır: "Bu barədə Sizlərə "Altes Qrup” şirkətinin direktoru Fuad  Məmməd oğlu Abdullayev və təsisçilərindən biri olan Rüstəm Məmməd oğlu Abdullayev müraciət ünvanlayaraq Qabulov Polad Həsən oğlu barəsində dərc edilən və həqiqətə uyğun olmayan həmin məqalələri saytların arxivlərindən çıxarılmalarını xahiş etmişlər".
 
Vəkil saytdan yazının götürülməsi kimi qanunsuz bir istək də irəli sürüb.  Eyni zamanda, məktubuna "Altes Qrup”in dirktoru Fuad Abdullayevlə təsisçisi Rüstəm Abdullayevin birgə imzaladıqları oxşar məzmunlu müraciəti də əlavə edib.

Xatırladaq ki, Mia.az saytı nə Polad Qabulov adlı şəxsdən, nə də "Altes Qrup"dan özəl yazı dərc etməyib. Sadəcə saytımızda Musavat.com-a istinadən bir yazı yayılıb. 

Elə buna görə də həm vəkilin, həm də şirkətin rəsmi münasibətini nəzərə alaraq, "Altes Qrup"un rəhbər şəxslərinin də qarşı tərəf kimi mövqeyini təqdim edirik: