Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov işdən azad olunub.
Mia.az xəbər verir ki, bu barədə Z.Əkbərov istipress-ə bildirib.
Onun sözlərinə görə, işdən öz ərizəsi ilə çıxıb. İşdən çıxma səbəbi haqqında isə məlumat verməyib. Z.Əkbərov onu kimin əvəz edəcəyini bilmədiyini söyləyib.