Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, o cümlədən 60 nəfərdən çox vətəndaş iştirak edib.
İcra Hakimiyyətindən Mia.az-a verilən məliumata görə, qəbulda əsasən işıq, qaz və su problemləri, məşğulluğun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə dəstək və.s ilə bağlı problemlər qaldırılıb.
İşsiz vətəndaşların işlə təmin olunması, Qarabağ müharibəsi əlillərinin mənzil ilə təminatı məsələsi də önə çəkilib. İcra başçısı tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.
I qrup Qarabağ əlili Vüsal Məmmədovun toyunun xərcləri və digər ehtiyacları qarşılanıb. II qrup Qarabağ əlili Arif Cabbarovun qızının işlə təminatı, şəhid atası İlham Bayramovun mənzil şəraitinin yaxşılaşdırılması məsələsi də həllini tapan problemlərdən olub.
Vətəndaş qəbulunda şəhərin qəsəbələrində tibb və digər məntəqələrin yaradılması məsələsi də gündəmə gətirilib. Bu istiqamətdə işlərin qısa zamanda yekunlaşacağı və məntəqələrin təhvil veriləcəyi bildirilib. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib.