Azərbaycan Milli QHT Forumu (MQF) Aparatının müşavirəsi keçirilib.
Forumdan Mia.az-a verilən məlumata görə, müşavirədə MQF-nin 2016-cı il fəaliyyətinin yekunlarına dair müzakirələr aparılmış və yeni strukturu təqdim olunub.
Müşavirəni açıq elan edən MQF prezidenti Rauf Zeyni gündəlikdə olan məsələlər barədə məlumat verib.
Daha sonra iştirakçılara MQF-nin 2016-cı ilə dair fəaliyyətinin yekun hesabatının slayd təqdimatı keçirilib.
Müşavirədə MQF Aparatının yeni strukturu - vitse–prezidentlər, müşavirlər, mərkəz və regional mərkəz direktorlarından ibarət yeni tərkib təqdim olunub:
MQF vitse–prezidentləri: İqtisadi məsələlər üzrə Fikrət Yusifov, Sosial məsələlər üzrə Mayis Əliyev, Regional məsələr üzrə Qalib Nəbiyev, İdarəetmə və təşkilati məsələlər üzrə Nüşabə Məmmədova, Beynəlxalq məsələlər üzrə Nərgiz Xələf, Media və İnformasiya məsələləri üzrə Sevil Yusifova;
MQF Prezidentinin müşavirləri: Sabit Bağırov, Telman Zeynalov, İsrail İsgəndərov , Şəmistan Əlizamanlı, Sahib Fərzəliyev, Tənzilə Rüstəmxanlı, Sevda Tahirli, Əsmayə Cavadova, Rəhilə Teymurova, Günel İbrahim, Şəlalə Həsənova, Yadigar Məmmədli, Füzuli Rzaquliyev;
MQF Mərkəz direktorları: MQF Elm və Təhsil Mərkəzinin direktoru Leyla Gərayzadə, MQF Psixoloji Araşdırma və Dəstək Mərkəzinin direktoru Vüsalə Xəlilova, MQF Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru Amin Məmmədov, MQF Aqrar İnkişafa Dəstək Mərkəzinin direktoru Mirata Ağayev, MQF Hüquq Mərkəzinin direktoru Rövşən Nəbiyev, MQF Qarabağ Mərkəzinin direktoru Anar Xəlilli, MQF Özəl Sektorla Əməkdaşlıq Mərkəzinin direktoru Mübariz Quliyev, MQF İctimai Nəzarət Mərkəzinin direktoru İbrahim İbrahimov, MQF Media və İnformasiya Mərkəzinin direktoru Sevil Yusifova, MQF Maraqlı Adamlar Klubunun direktoru Varis Yolçuyev, MQF Gənclər Mərkəzinin direktoru Samirə Mustafayeva, MQF Diaspor və Lobbiçilik Mərkəzinin direktoru İlqar İlkin, MQF Turizmin İnkişafı Mərkəzinin direktoru Ruslan Quliyev, MQF Sağlamlıq Mərkəzinin direktoru Ziba Nəbiyeva, MQF Deportasiya Mərkəzinin direktoru Telman Qasımov, MQF Müharibə Veteranları və Milli Orduya Dəstək Mərkəzinin direktoru Emin Həsənli, MQF Qadın Klubunun direktoru Əsmayə Cavadova, MQF Gender Mərkəzinin direktoru Tünzalə Cavadova, MQF Ekologiya və Fövqaladə Hallar Mərkəzinin direktoru Telman Zeynalov, MQF Mədəniyyət Mərkəzinin direktoru Fidan Maqsudova, MQF Ahıllar Mərkəzinin direktoru Namiq Həsənov, MQF İrəvan Beynəlxalq İctimai Koalisiyasınin direktoru Şəlalə Həsənova, MQF Strateji İnkişaf Mərkəzinin direktoru Solmaz Əliyeva, Daşınmaz Əmlakın İnkişafı Mərkəzinin direktoru Elnur Əsədov;
MQF Regional Mərkəz direktorları: MQF Sumqayıt Regional Koordinasiya Mərkəzinin direktoru Sahib Fərzəliyev, MQF Mingəçevir Rayon QHT Resurs və Təlim Mərkəzinin direktoru Füzuli Əsədov, MQF Qəbələ Rayon QHT Resurs və Təlim Mərkəzinin direktoru Füzuli Əsədov, MQF Qəbələ Rayon QHT Resurs və Təlim Mərkəzinin direktoru Anar Məhərrəmov, MQF Şirvan Rayon QHT Resurs və Təlim Mərkəzinin direktoru Fuad Bədəlov, MQF Şəmkir Rayon QHT Resurs və Təlim Mərkəzinin direktoru Əli Mirzəyev, MQF Quba Rayon QHT Resurs və Təlim Mərkəzinin direktoru Eynulla Xeyrullayev;
Azərbaycan Milli QHT Forumu (MQF) Aparatının yeni strukturu da MQF idarə heyətinin iclasında müzarirə olunub.
MQF İdarə Heyətinin 07 fevral 2017-ci il tarixində keçirilən iclasında idarə heyətinin sədri Qorxmaz İbrahimli iclası açıq elan edərək, gündəlikdə olan məsələlər barədə idarə heyəti üzvlərinə məlumat verib.
Öncə, MQF-nin üzvlüyünə daxil olmaq üçün təşkilatların müraciətləri müzakirə olunub və yeni təşkilatların – "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar” İB, "İqtisadi Resursların Öyrənilməsi” İB və "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İB-ninMQF-yə üzv olunması barədə qərar qəbul olunub.
İdarə heyətinin iclasında digər məsələ olaraq, MQF-nin vitse- prezidentlər, müşavirlər, mərkəz və regional mərkəz direktorlarından ibarət yeni strukturu MQF-nin Prezidenti Rauf Zeyni tərəfindən idarə heyətinə təqdim olunub.
İdarə heyətindən aparılan müzakirələrdən sonra MQF-nin yeni strukturu təsdiq olunub.
MQF İH üzvləri yeni təsdiq olunmuş strukturun MQF-nin gələcək fəaliyyətinə müsbət təsir göstərəcəyini vurğulayıblar.