Ağstafa Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Leyla İsayeva vəzifəsindən azad olunub.
Mia.az-ın "Report"a istinadən məlumatına görə, onun yerinə Kamran Yahya oğlu Abbasov təyin edilib. K.Abbasov bu təyinata qədər Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) çalışıb.