Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mia.az saytının məlumatına görə, Milli Qəhrəman Mübariz İbrahimov1988-ci ilfevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orada orta təhsilini başa vurub. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.