Müğənni Kikboksinq Federasiyası tərəfindən Sumqayıt Regional Klubunun prezidenti təyin edilib.
İfaçı əməkdaşımızla söhbətində bildirib ki, vəsiqəsini bu gün alıb: "Məsələdən dünən xəbər tutdum, vəsiqəmi bu gün aldım. Məqsəd idman sahəsində irəliləyişlər etməkdir. Rayonları gəzib orada kikboksinqlə maraqlanan gəncləri toplayacağıq. Bizim bölgələrdə o qədər güclü uşaqlarımız var ki... Onları ortaya çıxardıb, hazırlayıb, böyük yarışlara göndərəcəyik”
axsam.az