ATV kanalında şirkətin prezidenti Vüqar Qaradağlının əmri ilə yeni departament yaradılıb.

Mia.az xəbər verir ki, "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" adlanan departament kanalın informasiya siyasətinə nəzarət edəcək.

V.Qaradağlının əmri ilə bu departamentə rəhbərlik kanalın "ATV Səhər” layihəsinin rəhbəri və aparıcısı Turan İbrahimova həvalə edilib.