Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.
Qafqazinfo baş verən faciə ilə bağlı əsgərin yaxınlarının sosial şəbəkədəki paylaşımlarını toplayıb.
Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:
Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl mütləq sənə iş tapacam talış balası...”
Qeyd edək ki, Xanəlinin sosial şəbəkədəki paylaşımlarından onun ağır şərtlər altında yaşadığı və tez-tez kasıbçılıqdan gileyləndiyini diqqət çəkir.
Qohumları əsgərin bu gün Binə qəsəbəsində torpağa tapşırılacağını bildiriblər.