Tanınmış yazıçı Fərman Kərimzadənin həyat yoldaşı Xalidə Kərimzadə vəfat edib.

Bu barədə AzVision.az-a yazıçının ailə üzvləri məlumat verib. 

Bildirilib ki, Xalidə Kərimzadə bu gün Binəqədi məzarlığında, həyat yoldaşının yanında dəfn olunub.

Qeyd edək ki, Fərman Kərimzadə 1989-cu ildə dünyasını dəyişib. Tanınmış yazıçı-jurnalist Yeganə Kərimzadə onun qızıdır.

Allah Rəhmət etsin!