Mia.az xəbər verir ki, Türkiyənin Ankara
şəhərində kecirilən yarışmaya 65 ölkədən 800dən çox karikaturaçı, 2500
əsərlə
qatılıb.
Təqdimetmə mərasimində söz alan Seyran Cəfərli belə
tədbirlərin tez-tez keçirilməsinin dünya və o cümlədən Türkiyə və
Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında böyük rol
oynadığını qeyd edib, gələcəkdədə belə tədbirlərdə qarşılıqlı iş
birliyinin olmasının önəmini vurğulayıb.
Mərasimdə həmyerlimiz
yarışın 1-cilik mükafatını qazanmış Aşkın Ayrançıoğlunun mükafatını
təqdim edib.
Tədbirdən sonra ''Küresel Online'' Uzaktan Eğitimde
Dayanışma, Yaygınlaştırma ve Alternatif Eğitim Araştırma Derneği
(UZEYAD) şirkətinin prezidenti Şükrü Kaya münsiflər heyəti üzvlərini
qəbul etmiş, gələcək planlar və qarşıda duran perspektivlər haqqında
müzakirələr aparmış və fikirlərini bölüşmüşdür.
Xatırladaq ki, karikatura
ustasının ötən ayda Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsinin
təşəbbüsü ilə 30 karikaturadan ibarət fərdi sərgisidə açılmışdır. Sərgi
karikatursevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.