"Həyatıma təhlükə qalmayıb və səhhətimdə irəliləyişlər var”.
Mia.az xəbər verir ki, bu barədə unikal org-a bir müddət beyninə qan sızan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov deyib.
O, bildirib ki, hazırda vəziyyəti yaxşıdır: "Şükürlər olsun ki, səhhətim indi yaxşıdır. Müalicəmi evdə davam etdirirəm. Gələn həftədən öz işimin başında olacağam”.