Bakı Dövlət Universitetinin həyətində çoxillik ağaclar kəsilməsi lə bağlı xəbərə universitetdən reaksiya verilib.

Bu barədə Mia.az-a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat daxil olub. 

Məlumatda bildirilir ki, elmin tətbiqi sahələrini genişləndirmək, tələbə, magistrant və doktorantlara praktiki vərdişlər aşılamaq məqsədilə Bakı Dövlət Universitetində Yüksək Texnologiyalar Mərkəzinin tikintisinə başlanılıb:

 "Mərkəz fizika, kimya, biologiya, ekologiya və s. təbiət fakültələrinin tədris-tədqiqat laboratoriyalarının sıx yerləşdiyi ərazidə inşa olunur. Bina layihələndirilən zaman ərazi tam olaraq bütün sahələr üzrə, o cümlədən ekoloji sahə üzrə ekspertiza olunub və müsbət rəy alınıb. 

İnşaat işlərinə başlamazdan əvvəl ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi ekoloji rəyə uyğun olaraq ekspertiza olunub və həmin əraziyə düşən 6 ədəd ağac Bakı şəhər Yaşıllaşdırma İdarəsi vasitəsilə universitetin müxtəlif ərazilərinə köçürülüb".