İstanbulda yağan güclü qar gündəlik həyatla yanaşı, serial çəkilişlərində də problem yaradıb.
"İçerde" serialının çəkilişləri zamanı kollektiv çətin vəziyyətə düşüb. Belqrad meşəsində çəkiliş edən aktyor və texniki heyətin köməyinə xilasedicilər gəlib.
Alemdağ Jandarma Komando Taboru uzun sürən əməliyyatdan sonra onların qara batmış maşınlarını çıxara biliblər.
Serialda Coşğun obrazını canlandıran Nebil Sayın çəkiliş üçün meşəyə gedən 80 nəfər və 20 maşının 8 saat qara batdığını və ərazini tərk etməyin mümkün olmadığını deyib. O, xilasedicilərin əllərindən gələni etdiklərini qeyd edib. (axşam.az)