Müğənni Nurlan Əzizbəylinin səhhəti pisləşib.
Mia.az Axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda sosial şəbəkədə yazıb.
O, yataqda fotosunu paylaşaraq "Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər, yəqin", - deyə, qeyd edib.
Həkimlər N.Əzizbəyliyə mikroinfarkt diaqnozu qoyublar.
Ev şəraitində müalicə alan müğənninin səhhəti hazırda yaxşıdır.
