31 dekabr gecəsi Sumqayıtda dəniz kənarı parkda yerləşən Sumqayıt Turan Ailəvi Restoranında sakinlərə qarşı hörmətsilik edilib.
Bu barədə mia.az-a məlumat verən şəhər sakinlərindən biri deyib ki, restoran müştərilərinə qeyri-sağlam münasibət göstərərək, insanlara fərq qoyaraq aşağılayır.
Deməli, restorana yaxınlaşar-yaxınlaşmaz səlahiyyətli şəxs, administrator insanlar çay içəcəklərini, ya yemək yeyəcəklərini soruşub. Biləndə ki, çay içəcəklər kobud şəkildə bildirib ki, yerimiz yoxdur. Əslində isə restoranda xeyli sayda boş yerlər olub. Təbii ki bu da insanları ailəsinin və uşaqlarının yanında pərt olmasına səbəb olur.
Maraqlıdır, müştərisini razı sala bilməyən, onlara sosial durumuna görə xidmət göstərən bir məkana getməyə dəyərmi?
Qeyd edək ki, bu istirahət mərkəzində bu kimi hallar ilk dəfə deyil baş verir.