Moskvada SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib.

Küçədə özündən getmiş yaşlı kişini görən şəhər sakinləri təcili yardım çağırsalar da, Yevgeni Cuqaşvilini xilas etmək mümkün olmayıb.

Stalinin nəvəsinin nəşi evinin yaxınlığında küçədə tapılıb. 80 yaşlı kişinin ölümünün səbəbi ekspertizadan sonra məlum olacaq.

Y.Cuqaşvili 1936-cı ildə Stalinin böyük oğlu Yakovun ailəsində anadan olub.