3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilib, nəticədə gömrük qaydaları pozulmaqla gətirilən pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan Respublikası vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.