Sumqayıt
Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin
"Oğru" əsəri əsasında
rejissor Rövşən Almuradlının eyniadlı tamaşasının premyerası keçirilib.
Əsərdə əməkdar
artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev,
Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.
Tamaşada
kasıb bir fransız ailəsinə xas olan klassik üçlük- ər, arvad və onun sevgilisi
arasındakı münasibət öz əksini tapıb.
Komediya
janrında olan səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən
cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan
dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.
Qeyd edək
ki, çağdaş Azərbaycan teatrı və kinosunun görkəmli rejissorlarından biri olan
Rövşən Almuradlı beş illik fasilədən sonra, yenidən teatr səhnəsinə qayıtmaqla
bir ilkə imza atır. Bundan öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
ünlü rejissorun quruluşunda alman drammaturqu Fridrix Dürremantın "Yaşlı
xanımın gəlişi” tamaşası teatrsevərlərin ciddi marağına səbəb olmuşdu.