"Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirib".

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən Mia.az-a daxil olan məlumata görə, bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində "Azneft” İB-nin N.Nərimanov adına Neft-QazÇıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi nəticəsində itkin düşən neftçilərin axtarışları istiqamətində "Lənkəran”, "Vadim Seyidov” "Gültəkin Əsgərova”, "Aura”, "Qaradağ-8”, "Qaradağ-4”, "Ramiz Hacıyev”, "Avior”, AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan "Vixr-5” və "Vixr-8” gəmiləri dərhal hadisə yerinə səfərbər ediliblər:

"Əməliyyatlara, həmçinin, AXDG-Caspian Marine Services Alyansının "Xudafərin”, AXDG-BUE Caspian Alyansının "Caspian Pride” və "Caspian Provider” gəmiləri də cəlb olunublar.

Hadisə ilə əlaqədar "AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.

Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirib".