Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi postunda dəyişiklik gözlənilir. 

Bu barədə Dia.az-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq bildirir ki, hazırda administrasiyaya rəhbərlik edən Qüdrət Qurbanov "yuxarıların” qəzəbinə tuş gəldiyindən, əslində, yeni olan postunda uzun müddətə davam gətirə bilməyəcək:

"Yaxın günlərdə Dövlət Dəniz Administrasiyasının yeni rəisinin kimliyi bilinəcək”.