Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüzüb

Azərbaycan Diplomatik Akademiyası Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə yeni magistr tələbələri ilə görüş keçirilib. ADA-nın Rektoru Hafiz Paşayev tələbələri Akademiyanın magistratura proqramına daxil olmaları münasibəti ilə təbrik edib. Tələbələr ADA haqqında məlumat alaraq, təhsil ocağın əsas tədris prinsipləri, müəllim və tələbə heyəti ilə tanış olublar.
2010-2012-ci tədris illəri üzrə təhsil alacaq qrup 25 azərbaycanlı və 10 xarici ölkənin tələbəsindən ibarətdir. Xarici tələbələr Misir, İndoneziya, Macarıstan, Rumıniya, Tanzaniya, İran, Uqanda, Gürcüstan, Niderland kimi ölkələri təmsil edirlər. Bəzi seçilmiş tələbələrə təhsil haqqında güzəşlər də verilib.
ADA-nın Tələbə Qəbulu Direktoru Cənis Austin qeyd edib ki, ?biz 2010-2012-il tədris illəri üzrə qəbul prossesindən çox razı qaldıq. Baxmayaraq ki, ADA yeni təhsil olcağıdır, azərbaycanlı və xarici ictimaiyyətin Akademiyaya göstərdiyi maraq ADA-nın nüfuzunun ildən ilə sürətlə artmasının sübutdur. Dünya standartlarına cavab verən Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistratura təhsili təklif etməklə, ADA istedadlı azərbaycanlı və yer kürəsinin bir çox ölkələrini, mədəniyyətini və tarixini təmsil edən xarici tələbələri özünə cəlb etməkdə davam edir?.
DİGƏR XƏBƏRLƏR
2025-05-22 14:30
2025-05-22 12:40
2025-05-21 17:29
2025-05-20 18:02
2025-05-20 16:58
2025-05-19 14:51
2025-05-16 08:29