"Mərkəzi Bankın rəhbərinin bugünkü çıxışından belə aydın olur ki, 2017-ci ildə tədiyyə balansında gərginlik davam edəcək. Səbəb yenə də ölkənin xarici öhdəlikləri və kapital axını ilə bağlı valyuta kütləsinin ölkəyə daxil olan valyuta həcmidən çox olacağı ilə bağlı gözləntilərdir".

Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı Rövşən Ağayev irəli sürüb. 

O bildirib ki, təkcə 2017-ci lin dövlət büdcəsinin xərc sturkturuna baxanda aydın görünür ki, iqtisadiyyatın başqa subyektləri bir yana, hökumətin elə özünün valyuta tələbatı xeyli böyükdür: 

"Məsələn, gələn təkcə dövlət büdcəsi vasitəsilə 1.580 milyard manat xarici borc qaytarılacaq. Nəzərə alsaq ki, bu avuqst-sentyabr aylarının məzənnəsi ilə hesablanmış göstəricidir, məlum olur ki, təxminən 1 milyrad dollar xarici borcun qaytarılmasından söhbət gedir. Əlavə olaraq, bir sıra valyuta ilə ödənəcək xərclərin həcmi də kiçik deyil. Məsələn, Cənubi Qafqaz Qaz kəmərində Azərbaycanın payının maliyyələşdirilməsinə 560 mln. manat, səfirlik və diplomatik korpusun saxlanması üçün 102 mln. manat, dövlət səhiyyə sisteminin dərman və tibbi ləvazimatlara ehtiyacını qarşılamaq üçün 209 mln. manat, xarici ezamiyyələrə 25 mln. manat xərclənməsi nəzərdə tutulur. Bu xərclərin də valyuta ilə həcmi 600 mln. dollara yaxındır.

Nəhayət, hökumət sektorunun ehtiyaclarını ödəyəcək nəqliyyat vasitlərinin, texniki vasitələrin və avadanlıqlaırn alınmasına büdcədən 1.6 milyard manata yaxın vəsait proqnoz edilir. Aydın məsələdir ki, bu kateqoriya məhsullar da əsasən idxal edilir. Valyuta tələb edən bu alışları da nəzərə alsaq, 2017-ci ilin 10 mlrd. dollara yaxın proqnozlaşdırılan büdcəsinin 20%-dən çoxu xarici valyuta tələb edəcək.
Hələ xaricdə ölkə adına keçirlən beynəlxalq tədbirlər, xarici məsləhətçi və ekspertlərin cəlbi üçün çox böyük olmayan xərcləri nəzərə almadım".