Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilib. 

AMEA-dan Mia.az-a verilən məlumata görə, iki gün davam edən imtahanlarda 140-a yaxın doktorant və dissertant iştirak edib.

İmtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 10 noyabr 2016-cı il tarixli "Qış imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncamına əsasən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində akademiya üzrə mərkəzləşdirilmiş qaydada, test üsulu əsasında baş tutub. Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə video-müşahidə sistemi vasitəsilə nəzarət olunub.