AMEA-dan Mia.az-a verilən məlumata görə, kurs kənd təsərrüfatı bitkilərinin diversifikasiya və genetik resursların yaxşılaşdırılmasına, taxıl və yem bitkilərinin məhsuldarlığının qiymətləndirilməsi üçün kənd təsərrüfatında mühitin modelləşdirilməsinə, kənd təsərrüfatı məhsullarının optimallaşdırılması üçün regional monitorinqin aparılmasina və quraqlığın erkən xəbərdarlıq sisteminin öyrənilməsinə həsr edilmişdir.
Kurs müddətində dünyanın müxtəlif ölkələrindən İCBA-na üzv olan peşəkar mütəxəssislər tərəfindən DsSAT, CropSyst, SVAT, SİBUC, LCM modellərinin tətbiqinə aid texniki təlimlər həyata keçirilib. Həmçinin dəyişkən iqlim şəraitində kənd təsərrüfatı məhsullarının optimallaşdırılması yolları, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda duzadavamlı yeni kənd təsərrüfatı bitkilərinin becərilməsi üzrə müzakirələr aparılıb. Sonda bütün istirakçılara sertifikat verilib.