"Azercell” şirkəti 2017-ci ildə abunəçilərinə 15 milyon manatlıq smartfon təqdim edəcək.

Bunu "Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev "Bakutel-2016” sərgisi çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Növbəti il 15 mln. manatlıq smartfon gətirib abunəçilərimizə müxtəlif kampaniyalar çərçivəsində paylamaq istəyirik ki, onlar da mobil internetdən istifadə edə bilsinlər”, - deyə "Azercell” prezidenti qeyd edib.

V.Mürsəliyevin sözlərinə görə, bu smartfonların əksəriyyəti "İPhone” modeli olacaq.

Şirkət prezidenti bu il ilkin mərhələdə 2 minə qədər "İPhone 7” smartfonunun abunəçilərə verildiyini əlavə edib.

APA