Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə  4-7, gündüz  9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 758 mm civə sütünundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 
 
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış yağacağı, sulu qara keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə  2° şaxtadan 3°-dək isti, gündüz  6-11° isti olacağı gözlənilir.