Yazıçı-publisist Mahir Qabiloğlunun "Əlli yaşında mən...” adlı yeni, sayca 6-cı kitabı çapdan çıxıb.

Nəşrdə yazıçının 2015-ci il avqustun 1-dən 2016-cı il iyunun 1-dək qələmə aldığı 40 publisistik və iki bədii yazısı yer alıb. Kitabın redaktoru Eldəniz Elgün, rəssamı Cəlil Qaryağdı, korrektoru Mahmud Qəzənfəroğlu, bədii tərtibçisi Zaur Qafarzadədir.

Kitab "Adiloğlu” nəşriyyatında çap edilib.