Bu gündən Azərbaycanda sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Mia.az-a verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Pateent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərdə nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70%-dən az olmaması müəyyənləşdirilib.
Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il may 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.