Azərbaycan Respublikasının ilk özəl universitetlərindən biri olan Qərb Universitetinin Universitet tədrisin keyfiyyətinə istiqamətlənmiş tədbirlər çərçivəsində dekan və müəllimlər üçün vakansiyalar üzrə müsabiqə elan edir.

Hazırda 5 fakültədə 36 ixtisas üzrə təhsil verən Qərb Universitetində dekan və müəllim peşələri üzrə vakansiya yerləri üçün namizədlər aşağıdakı tələblərə uyğun gəlməlidirlər:


Fakültə dekanı vəzifəsini tutmaq üçün:
• İşgüzar inzibatçılıq fakültəsi;
• Mühəndislik fakültəsi;
• Magistratura və doktorantura departamenti.
Namizədlərə tələblər:
• Boloniya kreditli təhsil sisteminə uyğun tədris idarəetməsi bacarıqları;
• Minimum elmlər namizədi (doktor) olmaqla müvafiq elmi dərəcə;
• İş təcrübəsi;
• Dil və İKT bacarıqları;
• Müəllim və tyutorlarla işləmə bacarığı.
Qeyd: Məvacib namizədin təcrübə və qabiliyyətlərinə müvafiq olaraq müəyyənləşəcək.

Kafedralarda boş olan müəllim vəzifələrini tutmaq üçün:
• Politologiya və beynəlxalq münasibətlər;
• Hüquq və humanitar fənnlər;
• İqtisadiyyat, marketinq və menecment;
• Riyaziyyat və kompyuter texnologiyaları;
• Dizayn;
• Dil hazırlığı;
• İngilis dili filologiyası kafedrası.

Namizədlərə tələblər:
• Minimum magistr dərəcəsi olmaqla elmi dərəcə;
• Ali məktəblərdə iş təcrübəsi (tam ştatlı müəllimlər üçün);
• Tədris ediləcək fənn və ya fənnlərin əsaslarını dərindən bilmək;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qabiliyyəti;
• İngilis dili, rus dili bilənlərə üstünlük verilir.

Qeyd:Məvacib müəllimlərin təcrübələrinə və dərs yükünə müvafiq olaraq müəyyənləşəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mövzu yerinə müraciət etdiyi vakansiyanın adını yazmaqla CV-lərini[email protected]ünvanına göndərə və ya Qərb Universitetinə təqdim edə bilərlər.