Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və bu nazirliyin tabeliyində olan "Bakinternet" provayderi abunəçilərini narazı salıb.
Mia.az xəbər verir ki, bu barədə 1-ci qrup əlil Çingiz Hüseynov şikayətlənib.
O, "Bakinternet"in heç bir səbəbsiz internet xidmətini dayandırdığını deyərək, etirazını bəyan edib:
"Bu provayder hamıya elan edib ki, guya yaranan problemlər abunə haqlarının əvvəlcədən ödənilməsi tələbi ilə bağlıdır. Yəni bundan sonra internetin pulunu hər ayın 5-dək ödəyənlərin intenet xidməti dayandırlmayıb. Mən isə 03.11.2016 tarixində ödəmişəm. Ancaq ayın 7-də rəsmi bildiriş olmadan intirneti bagladılar".
Şikayətçi etiraf edir ki, əvvəllər hər ayın sonuna qədər ödəməyə vaxt verilirdi:
"Mən pensiyanı hər ayın 10-da alıram. Belə çıxır ki, hər dəfə 3-5 günə görə interneti də söndürəcəklər?!".
Çingiz Hüseynov Yasamalda qaz sıxıntısından da şikayətlənib: "Qazın pulunu karta əvvəldən yükləsək də, qazın təzyiqi də yoxdur. İnanıram ki, əlaqədar orqanlar bu şikayətim əsasında tədbir görəcəklər!".
Mia.az