Balakənin icra başçısı İslam Rzayevin oğlu şəxsi maşınını satışa çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə Bizimxeber.az saytının yazdığı xəbərdə bildirilib.

İddaiaya görə, İslam Rzayev digər daşınar və daşınmaz əmlakını da satır. Saytın iddiasına görə, bu addım icra başçısının vəzifədən getmək istəməsi ilə əlaqələndirilir:

"Hələlik isə satışa çıxarılan avtomobil 2013-cü ilin istehsalı olan "Porsche Cayenne”dir. 45 min dollara satışa çıxarılan avtomobil icra başçısının oğluna məxsusdur..."