Avstriyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə "STREIF - One hell of ride" filminin nümayişi keçiriləcək. 

Film noyabrın 11-i saat 18:00-da Metropark Park Cinema-nın 2-ci zalında olacaq. "Avropa Film Festivalı-2016" çərçivəsində verilən Avstriya filminə giriş biletlədir. Amma biletlər ödənişsizdir və film nümayişi günü səhər saat 10:00-dan etibarən Metropark Park Cinema-nın kassasından əldə oluna bilər. 

Film almancadır, ingilis dilində subtitrlərlə veriləcək. Filmin rejissoru Gerald Salmina, həmçinin dağdan eniş xizək yolunun yarış meneceri və filmin 2-ci prodüseri Aksel Naglich şəxsən filmin nümayişində iştirak edəcək. Nümayişdən dərhal sonra əsas qonaqlarla film diskussiyası keçiriləcək.
Avstriyanın Azərbaycandakı səfirliyi hər kəsi bu fimə baxmağa dəvət edir!