" Gənclər İctimai Fəaliyyətdə” layihəsi uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsində çərçivəsində C kateqoriyası üzrə "Gənclər İctimai Fəaliyyətdə” adlı layihənin icrasına başlanılıb.
Mia.az xəbər verir ki, layihənin əsas məqsədi Bakı kəndlərinin gəncləri arasında ictimai fəallığın artırılması, könüllülük prinsiplərinin təbliği, cəmiyyətdə baş verən proseslərə fəal vətəndaş mövqelərini bildirməkdə onlara dəstək olmaqdır.
Layihə çərçivəsində " İctimai sfera tarixi ” , " Liderlik ” , " Motivasiya ” . " Könüllülük ” , "Layihələrin yazılması və icra edilməsi” mövzularında növbəti təlim proqramı 05 Noyabr 2016-ci il tarixində Maştağa kənd 187 nömrəli orta məktəbdə baş tutub.
Təlim proqramında məruzəçi qismində iştirak edən "Azəri Yurdu" Gənclər İctimai Birliyinin sədri Mirəli Mahmudov belə layihələrin təqdirəlayiq olduğunu vurğulayıb,gənclərin ictimai sferada aktiv olmaları üçün qeyd olunan mövzularda təlimləri həyata keçirdərək öz təcrübəsini gənclərlə bölüşüb. Daha sonra iştirakçılar arasında mövzu ətrafında geniş fikir mübadiləsi olub, aktiv olan gənclər Sertifikatlara layiq görülmüşlər.