ABŞ Prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton Nyu-Hempşir ştatının kiçik kəndi olan Diksvil-Notç kəndində keçirilən səsvermədə qalib gəlib.

Səsvermədə 8 kənd sakini iştirak edib. Seçicilərdən 4-ü Hillari Klintona, 2-si Donald Trampa, 1 nəfər Libertarian Patiyasının namizədi Herri Consona səs verib. 1 nəfər isə bülletenə Mit Romni adını yazıb.

Qeyd edək ki, ənənəyə uyğun olaraq Diksvil-Notç prezident seçkisi zamanı ABŞ-da açılan ilk seçki məntəqəsi olur. 1960-cı ildən bu yana bu kəndin əhalisinin gecə yarısı səs verməyə izn verilir.

Axar.az