Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıblar. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlər cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində keçirilir.
 
Ağır artilleriyadan, iri çaplı silahlardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.