"Azəriqaz” İstehsalat Birliyində yoxlama başlayıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, ölkədə təbii qazın verilişi ilə bağlı şikayətlərin artdığı bir dönəmdə Hesablama Palatası "Azəriqaz"ı yoxlayır.

Məlumatda qeyd olunur ki, bundan əvvəl AR DNŞ-nin təşəbbüsü ilə beynəlxalq audit şirkəti olan "Ernst and Yong" da da birlikdə yoxlama aparıb:

"Həmin vaxtı təşkilat tərəfindən personal qüvvələri, təsərrüfat fəaliyyəti, maliyyə göstəriciləri təhlil edilərək, birliyə bir sira tövsiyyələr verilsə də, bu, icra olunmayıb". 

Məlumatda o da qeyd olunur ki, "Azəriqaz" İB-nin ARDNŞ-nin Qaz İxrac İdarəsindən qəbul etdiyi təbii qazın müəyyən faizinin (bəzi iiddialara görə hətta söhbət 50 %-dən gedir) taleyi məlum deyil.

Qurumdan verilən məlumata görə isə, "Ernst” and Yonug" beynəlxalq audit tərəfindən verilən tövsiyələrlə bağlı "Azəriqaz"da artıq komissiya yaradılıb və yaxin günlərdə icrasına start veriləcək.

Mia.az-a verilən məlumatda o da bildirilir ki, təşkilatın auditi zamanı "Azəriqaz”ın tabeliyində olan idarə və sahələrdə təcrübəsiz və savadsız kadrlar çoxdur:

"Hətta qurumda mühəndis texniki sahələrdə calışan işcilərinin 43,25 %-i ixtisasca mühəndis deyil. Ancaq hətta təhsili olmayan şəxslər də vəzifə başındadırlar.

Maraqlıdir ki, qurumun struktur bölmələrində çalışan çilingər fəhlə heyətinin 33,25 % ali texniki təhsilli olan şəxslərdən təşkil olunub. 

Üstəlik, ştat cədvəlləri şişirdilib. Istehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb. Səhmdar cəmiyyət olan vaxtda "Azəriqaz” sədrinin cəmi bir müavini (Nazim Səmədzadə) olsa da, hazırda qurumda müavinlərin sayı dörd nəfərdir. 

Yəqin ki, Hesablama Palatası bu faktlarla yanaşı, maliyyə mənimsəmələri, vəsaitlərin qaydasız xərclənməsi kimi faktları da üzə çıxaracaq".

Mia.az