"Azercell” şirkəti fərdi müştərilərinin sayını açıqlayıb.
"Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev deyib ki, fərdi müştərilərin sayı korporativ müştərilərindən daha çoxdur:
"Fərdi müştərilərin sayı təxminən 4 milyon yarımdır. Təbii ki, müştərilər arasında gedənlər və gələnlər olur. Amma ümumilikdə bazar sabitdir.
Bu, hər 3 operatorda belədir. Azərbaycanda son bir neçə ildir ki, müştəri bazarı sabit qalır”.