Azərbaycanda bəzi məmur və sahibkarların abadlıq sözünün, ümumiyyətlə, hərfi mənasını da bilmədikləri sirr deyil.

Axı saxta diplomlu, bütün məqsəd və məramı maliyyə fırıldağına yönəlmiş savadsız məmurlar haradan bilsinlər ki, təmir-tikinti layihə dəyərinin dəfələrlə şişirdib, ayrılan pulu mənimsəmək deyil, həqiqətən də nəzərdə tutulan ərazi və binaların, o cümlədən ictimai iaşə sahələrinin kompleks formada abadlaşdırılmasıdır. Oysa ki, bəzi məmurlar abadlıq adıyla milyonları oğurlayır, sonra da rəsmi hesabatlar verirlər ki, guya bunlar olmasaydı, belə heç belə "gözəllik"  də olmazdı. Bir sözlə, dövlətin pulunu, onun etibar elədiyi vəzifəni də sanki qumar masası ilə səhv salanlar var...

Mia.az -a əsasən yağışdan sonra bərbad günə düşən rayon mərkəzlərindən  çəkilən fotolar göndərilir.

Bu gün belə şəkillərdən biri də Biləsuvarda çəkilib. 

Şərhsiz təqdim etdiyimiz bu şəkil isə biləsuvarlıların hər gün bazarlıq etdiyi rayonun mərkəzi bazarından bu gün çəkilib:


Mia.az