Müğənni Almaz Ələsgərli də bəzi həmkarları kimi yol hərəkəti qaydalarını tez-tez pozur.
Mia.az xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, onun idarə etdiyi «Chevrolet» markalı, 90 HD 013 dövlət nömrə nişanlı avtomobilin hazırda 5 MMX radarı var. Onlardan 2-si 50 manat – 2 bal, 2-si isə 150 manat 3 bal, biri isə 10 manatlıq qayda pozuntusudur. Həmin MMX-ların hamısı sürət həddinin aşılması ilə bağlıdır. Görünür, Almaz Ələsgərli sənətinə o qədər də sürətli ola bilməsə də, yollarda sürətlə hərəkət etməyi çox sevir. Bu isə həm cəmiyyətə pis örnəkdir, həm də sonu faciə ilə bitə biləcək bir davranışdır.