Dövlət Gömrük Komitəsi 2017-ci il dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu yerinə yetirmək iqtidarındadır.

Mia.az Azərtac-a istinafən xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, gömrük orqanları üçün daxilolmalar üzrə proqnozun 21,5 faizədək yəni 2,2 milyard manatadək artırılmasına baxmayaraq, ümid edir ki, onu tam icra edəcəklər.

Komitə sədri qeyd edib ki, cari ilin oktyabrın 1-nə dövlət büdcəsinə daxilolmaları 1,653 milyard manat səviyyəsində təmin edib ki, bu da proqnozu 20 faizdən çox üstələyir.