Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində təlimlər davam edir. Bakı, Quba və Şirvandan sonra təlimlər Mingəçevir şəhərində baş tutub.

Sözügedən QHT-dən Mia.az-a verilən məlumata görə, Mingəçevir Regional QHT  Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti  nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda  təlim keçirilib.

Təlimi layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə aparıb.

Təlimdə  Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 13 QHT rəhbəri və nümayəndəsi  iştirak edib.

Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az)  elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına QHT-lər tərəfindən xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlim  zamanı bir-neçə  region QHT-si üçün subdomenli saytlar və QHT liderlərinin üçün bloqlar yaradılıb.

 Təlimi uğurla başa vuran QHT nümayəndələrinə sertifikatlar, gənc fəallara isə təşkilat adından təşəkkürnamələr təqdim olunub.